Paşinyan yenə KTMT-dən imtina etdi
Dərc olunub:
27-11-2024, 11:40
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Bu barədə erməni KİV məlumat yayıb.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə bildirib: "KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı Ermənistanın mövqeyi dəyişməyib".