star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rusiya XİN: Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb

Rusiya XİN: Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıbErmənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin müxtəlif səviyyələrdə bütün formatlardan uzaqlaşdığını göstərir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də KTMT sammitində iştirak etmək imkanı ilə bağlı suala cavabında bildirib.

"Sualı Ermənistan tərəfinə ünvanlayın. Lakin Ermənistan tərəfinin bəyanatlarından görünür ki, hazırkı mərhələdə KTMT-nin müxtəlif səviyyələrdə bütün fəaliyyət formatlarında iştirakdan uzaqlaşır", - deyə Pankin cavab verib.

Qeyd edək ki, sammit Astanada keçiriləcək və burada Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramının təsdiqlənməsi gözlənilir. Proqram bir neçə il üçün nəzərdə tutulub və bir sıra mərhələləri əhatə edir: imkanların dəqiqləşdirilməsi, praktiki icra, sərhədin bütün sahəsində reallaşdırma. O həmçinin təchiz edilən silahların nomenklaturasının düzəldilməsi imkanını nəzərdə tutur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, "KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır".

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələlərinə dair beynəlxalq forumda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər