Kocaeli valisi BJC-yə gəlib
Dərc olunub:
7-11-2024, 22:25
Kocaeli valisi İlhami Aktaş Beynəlxalq Jurnalistlər Cəmiyyətinə (BJC) cavab ziyarəti edib.
Səfər zamanı vali İlhami Aktaşı Karamürsel İlçe Baş məmuru Kamal İnan və Karamürselin yeni polis rəisi Eren Rençber müşayiət edib.
Kocaeli valisi İlhami Aktaşı Beynəlxalq Jurnalistlər Cəmiyyətinin sədri Əhməd Öz və rəhbərliyi qarşılayıb.
Bir müddət söhbət edən vali Aktaş Beynəlxalq Jurnalistlər Cəmiyyətinin fəaliyyıti haqqında məlumat aldı. O, bütün mətbuat işçilərinə fədakar fəaliyyətlərinə görə təşəkkür edib, onlara uğurlar arzulayıb.
Beynəlxalq Jurnalistlər Cəmiyyəti adından sədr Əhməd Öz, Kocaeli valisi İlhami Aktaşın etdiyi səfərdən məmnun olduqları bildirilib.