Ukrayna və KXDR hərbçiləri arasında şiddətli döyüş...
Dərc olunub:
5-11-2024, 19:08
Ukrayna hərbçiləri ilk dəfə Şimali Koreya qoşunları ilə döyüşə girib.
Bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov “Politiko”ya açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında genişmiqyaslı toqquşma olub.
Nazir döyüşün harada baş verdiyini, qüvvələrin sayı barədə əlavə informasiya verməyib.