Türkiyədə bələdiyyə sədri öldürüldü
Dərc olunub:
4-11-2024, 14:03
Türkiyədə bələdiyyə sədri güllələnib.
Avrasiya.net xəbər verir ki, Kırıkkale vilayətinin Balışeyh bölgəsinin bələdiyyə sədri Hilmi Şen ağır yaralanıb.
Həkimləri əylərinə baxmayaraq Şenin həyatını xilas etmək mümkün olmayıb.
Hücum zamanı bələdiyyə sədrinin yanında olan 3 nəfərin də yaralandığı bildirilir.
Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.