Saakaşvili əfv üçün Zurabişviliyə müraciət edib
Dərc olunub:
1-11-2024, 11:12
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əfv olunması üçün Prezident Salome Zurabişviliyə müraciət edib.
Bu bstədə Saakaşvili özünün sosial şəbəkə səhifəsində yazıb.
“Mən Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm və onun təxribata uymaması və Rusiya prokurorluğunun tələbi ilə razılaşmaması xoşuma gəldi. Diqqət etdim ki, xanım Salome Medvedyevin hədəsini diqqətdən yayındırmayıb.
Amma ədalət həm də odur ki, Moskvanın məhz belə göstərişləri nəticəsində mən üç ildən artıqdır, qondarma ittihamlarla həbsxanada oturmuşam və Salome Zurabişvilinin bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan rəhbər olmasını istəmirəm. O, bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilər. Millət, siz nə fikirləşirsiz?” - Saakaşvili bildirib.