star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Paşinyan Türkiyə jurnalistlərini İrəvana dəvət edəcək

Paşinyan Türkiyə jurnalistlərini İrəvana dəvət edəcəkErmənistanın baş naziri Nikol Paşinyan Türkiyə mediasının nümayəndələrini ölkəsinə dəvət edəcək.

Bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.

O bildirib ki, türkiyəli jurnalistləri İrəvana dəvət etməkdə məqsəd Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsünün işıqlandırılmasına nail olmaqdır.

Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin də Ermənistana 4 günlük səfəri planlaşdırılır.

Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər