Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanıldı
Dərc olunub:
30-10-2024, 10:51
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Əsənyurd bələdiyyə sədri Əhməd Özər terror istintaqı çərçivəsində saxlanılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, onun evində və iş yerində axtarış aparılıb.
Təfərrüat hələ ki açıqlanmayıb.