"Gürcüstan xalqı ölkənin və müstəqilliyin marağına səs verib"
Dərc olunub:
28-10-2024, 08:54
Qərb Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımır, çünki Vaşinqton və Brüssel getdikcə daha çox dövlətin suveren inkişaf yolunu seçməsi ilə barışa bilmir.
Bu fikri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski deyib.
Slutski hesab edir ki, Gürcüstan vətəndaşları rusiyayönlü kursa yox, öz ölkələrinin və müstəqilliklərinin maraqlarına səs veriblər. O qeyd edib ki, beynəlxalq müşahidəçilər seçkinin nəticəsini legitim kimi tanıyıb. Onun fikrincə, seçkilər rusofobiyanı fəal şəkildə təbliğ edənlər tərəfindən tanınmır.