İran İsrail ordusunun hücumuna cavab verməyəcək
Dərc olunub:
26-10-2024, 13:32
Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.
TASS xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" telekanalındakı mənbə məlumat verib.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.