Sizin Reklam Burada

“İrana qarşı hərbi əməliyyatlar istisna deyil”

“İrana qarşı hərbi əməliyyatlar istisna deyil”ABŞ hökuməti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir.

“Report” “Welt”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi bazar günü Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir.

Hərb variantının olub-olmadığını soruşduqda, Blinken bunu istisna etməyib. "Bütün variantlar masanın üstündədir", - o əlavə edib.

Bununla belə, Blinken üstünlük verilən yolun diplomatiyadan keçdiyini də bildirib. Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bundan imtina etdi.

Qeyd edək ki, hələ 2022-ci ilin yayında ABŞ Prezidenti Cozef Bayden də “ən son halda” İrana hücum variantını istisna etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər