"Şər rejimin məhvi prosesi tez, ya gec başlamalıydı"
İsrailin İrana qarşı xüsusi hərbi əməliyyatlara başlaması və bu ölkənin strateji-hərbi obyektlərini dronlarla vurması gözlənilən idi. İran özünün davakar siyasəti ilə necə deyərlər, çoxdan bunu haqq etmişdi.
Cənub qonşumuz bölgə ölkələrinə qarşı yürütdüyü düşmənçilik siyasətinin, terror təşkilatlarına verdiyi dəstəyinin, Rusiyanı dronlar və raketlərlə təchiz etməyinin bədəlini ödəməli idi.
Araz çayının kənarında əyninə hərbi forma geyindirilmiş uşaqları qabağa verib, "Bilsin İsrail", "Qüdsə gedən yol" kimi təxribatçı şüarları beyinlərə yeridən və çoxsaylı radikal-terrorçu qruplaşmalara maddi-texniki dəstək verən İranın molla hakimiyyəti bu cür mənfur əməllərinin cavabsız qalacağınımı düşünürdü? Və yaxud, Fələstindəki terror təşkilatları vasitəsilə Qüdsdə törədilən son terakt cavabsızmı qalacaqdı? Holokostun anım günündə sinaqoqa xain hücumu İsrail hökuməti terrorçu təşkilatları maliyyələşdirən İrana bağışlayardımı? Yox, əsla!
Şər rejimin məhvi prosesi tez ya gec başlamalıydı. Fars-molla rejimi bütün hallarda çökəcək, çökdürüləcək. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun qanı da yerdə qalmayacaq! İnşAllah Güney Azərbaycanımızın fars-molla rejiminin əsarətindən qurtulmasına da sevinəcəyik!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri