Sizin Reklam Burada

Türk Dünyası Yörük Türkmen Birliyi səfirliyimizə edilən hücumu pisləyib

Türk Dünyası Yörük Türkmen Birliyi səfirliyimizə edilən hücumu pisləyibTürkiyənin və dünyanın ən önəmli qeyri – hökümət təşkilatlarından olan Türk Dünyası Yörük Türkmen Birliyi Azərbaycan Respublikasının Tehran səfirliyinə edilən hücumu pisləyib.

Avrasiya.net xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən xəbər verilib.

Bəyanatda deyili: “Son vaxtlar İranın əsassız bəyanatları, qardaş ölkə Azərbaycana qarşı düşmən mövqedən çıxış etmələri, türk milləti ilə düşmənçilik münasibətləri inkişaf edərkən, Ermənistanla qurulan dostluiq və qardaşlıq əlaqələrin inkişaf etdirilməsi səbrimizi tükəndirən təhdidlərin son nöqtəsi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücum və gələn şəhid xəbərləri hər kəsi çox sarsıtdı və narahat etdi.

İranın bu hərəkəti Türk Dünyası və Yörük Türkmən Birliyini həyəcan vəziyyətinə gətirib.

Son yüz il istisna olmaqla, min illər boyuunca türk hakimiyyəti altında olan, coğrafiyası daha çox türk, əhalisi isə türk olan İranın bütün bu faktları görməməzliyə vuraraq, sırf fars irqçiliyinə söykənərək regionda qeyri – insani davranması ağılsızlıqdan başqa bir şey deyil.

Azərbaycan Respublikasının Tehran səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik və hadisənin səbəbkarlarının araşdırılmasını, dərhal aşkarlanmasını və cəzalandırılmasını tələb edirik.

Qardaş Azərbaycan dövlətinə və millətimizə, xüsusilə Şəhid Orxan Əsqrovun ailəsinə başsağlığı veririk. Biz İran administrasiyasını rasional, humanist və İslami dəyərlərə uyğun davranmağa dəvət edirik. Bu xəbərdarlıqlara məhəl qoymayan İran yaşayacağı bəlaların səbəbkarı olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər