AKP İsrailə başsağlığı verdi
Dərc olunub:
28-01-2023, 10:59
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İsrailə başsağlığı verib.
Avrasiya.net xəbər verir ki, Ö.Çelik bu barədə Tvitter hesabında paylaşım edib.
“Bu terror hücumunu qınayırıq. İsrail hökuməti və xalqına, eyni zamanda hücum zamanı yaxınlarını itirənlərin ailələrinə başsağlığı diləyirik”, - partiya sözçüsü bildirib.
Qeyd edək ki, Qüds şəhərində sinaqoqa silahlı hücum olub. Nəticədə 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.