Rəisidən xüsusi göstəriş: Səfirliyə hücum...
Dərc olunub:
27-01-2023, 19:17
İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən silahlı hücumla bağlı məsələnin araşdırılması barədə xüsusi tapşırıq verib.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb:
“Qardaş və qonşu ölkə Azərbaycanın səfirliyinə qarşı həyata keçirilən hücumla bağlı faciəvi hadisəni pisləyirik. Ayətullah Rəisi bu kədərli xəbəri alandan dərhal sonra bu işin hərtərəfli araşdırılmasına dair xüsusi göstəriş verib”.
Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.