Sizin Reklam Burada

Xameneidən Quranın yandırılmasına etiraz edib

Xameneidən Quranın yandırılmasına etiraz edibİran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei son vaxtlar bəzi Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, Xamenei Qərbdə atılan bu addımla İslam və Quranın hədəf alındığını söyləyib.

İran rəhbəri bu barədə özünün Tvitter hesabındakı ərəb səhifəsində yazıb.

Ayətullah Xamenei öz paylaşımında bir sıra Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasını planlı və hədəflənmiş çılğın hərəkət kimi qiymətləndirib.

“Söz azadlığı adı altında Qurana qarşı ağılsızcasına təhqirlər göstərir ki, təkəbbürlü hücumların hədəfi İslam və prinsipcə Qurandır”.

"Təkəbbür sui-qəsdinə baxmayaraq, zaman keçdikcə Quran daha da populyarlaşır və gələcək İslama aiddir", - Xamenei deyib.

Ayətullah Xamenei daha sonra vurğulayıb: "Dünyadakı bütün azadlıq axtaranlar müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı müsəlmanlarla birlikdə olmalıdırlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər