Sizin Reklam Burada

Zelenski dövlət qulluqçuları və deputatlara xaricə getməyi yasaqlayıb

Zelenski dövlət qulluqçuları və deputatlara xaricə getməyi yasaqlayıbUkraynanın dövlət qulluqçularına və xalq deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri yasaqlanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramında dərc olunan ənənəvi axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara, həmçinin dövlət üçün və dövlətdə işləməli olanların hamısına aiddir”, - Zelenski bildirib.

“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər”, - dövlət başçısı vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər