“Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”
“Rusiyanın Belarusdan Ukraynaya hücumu üçün şərait yaradıla bilər”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün - yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefon danışığında ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Xüsusilə 2023-cü ilin sonuna doğru Rusiya Belarus ərazisindən hücuma keçə bilər. Rusiya 2022-ci ilin payızında illik hərbi çağırış dövrünü başa vuracaq. 2023-cü ilin payızına qədər isə bir neçə ehtiyat çağırış həyata keçirilə bilər. Rusiyalı fəallar Rusiyanın Belarusdan hücuma keçmək ideyasını pisləyirlər. Onların fikrincə, bu, pis ideyadır”.
Məlumata görə, Kremlin Ukraynada nüvə silahından istifadə etmək ehtimalı çox azdır: “Doğrudur, Rusiya davamlı olaraq Qərbə qarşı belə təhdidlərdən istifadə edir. Amma bu, inandırıcı deyil. Rusiya rəsmilərinin nüvə müharibəsi ilə bağlı iddiaları sadəcə informasiya savaşının tərkib hissəsidir”.