Aİ Ermənistan sərhədinə 100 müşahidəçi göndərmək istəyir
Dərc olunub:
19-01-2023, 08:15
Avropa İttifaqı (Aİ) Ermənistan sərhədləri boyunca yerləşdiriləcək yeni monitorinq missiyası göndərməyi planlaşdırır.
Avrasiya.net xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Bildirilir ki, ötən ilin dekabr ayında başa çatan missiyanın müddəti və tərkibi qısa olub. Bu dəfə Aİ daha uzun müddət, iki il burada qalacaq 100 nəfər müşahidəçi göndərəcək.
Qeyd olunur ki, təklif artıq Ermənistanla razılaşdırılıb.