Zelenski 12-dən çox sui-qəsddən sağ çıxıb
Dərc olunub:
17-01-2023, 07:18
Rusiyanın Ukraynaya hücuma başlamasından bu yana Volodimir Zelenskiyə qarşı 12-dən çox sui-qəsd cəhdi edilib.
Bu barədə Britaniyanın "Independent" qəzeti yazıb.
Nəşrin məlumatına görə, sui-qəsd cəhdlərindən ən azı ikisinin qarşısı Ukraynadakı ABŞ kəşfiyyatı tərəfindən alınıb.
Xatırladaq ki, ötən ilin may ayında Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak Zelenskiyə qarşı ondan çox sui-qəsdə cəhd edildiyini bildirib.