İranda qadın məhbuslara zorla dərman verilir
Dərc olunub:
16-01-2023, 12:39
İran həbsxanalarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həbsxanasındakı qadın məhbuslara zorla əsəb və sakitləşdirici dərmanlar verilir.
Axar.az xəbər verir ki, bu barədə Adilabad həbsxanasından yaxın günlərdə çıxan Leyla Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, məhbuslara məcburi dərman verildikdən sonra onlar hərəkət edə bilmir, hətta nitq qabiliyyətlərini bir neçə günlüyə itirirlər.
Tələbə hərəkatı fəalı bununla yanaşı adı çəkilən həbsxanada qadınların təhqir olunduğunu və zorakılığa məruz qaldıqlarını bildirib.