Qərb sülh istəmir - Rusiyaya sığınan Medvedçuk danışdı
Ukraynada Rusiyaya casusluq ittihamı ilə həbs edilən və əsir mübadiləsi zamanı rəsmi Moskvaya verilən Rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk Ukraynaya "tövsiyələr" verib.
O, "İzvestiya" qəzetində məqalə ilə çıxış edib.
Məqalədə Medvedçuk Qərbi Ukraynada sülh istəməməkdə ittiham edib və ukraynalılara “Qərb kuratorları olmadan” demokratiya qurmağı təklif edib.
Onun sözlərinə görə, Rusiyanın maraqlarının olduğunu da qəbul etmək və yeni nizamın yaradılmasında bunu nəzərə almaq vacibdir. Medvedçukun fikrincə, mövcud vəziyyətdən iki mümkün çıxış yolu var:
"Dünya müharibəsi və nüvə münaqişəsinə doğru sürüklənmək, ya da bütün tərəflərin maraqlarının nəzərə alındığı yeni nizam quruculuğu prosesinə başlamaq".
Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayında isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib