Sizin Reklam Burada

“Bizim həqiqi dostlarımız yoxdur, tək qalmışıq” - Ermənilərin katalikosu

“Bizim həqiqi dostlarımız yoxdur, tək qalmışıq” - Ermənilərin katalikosu“Əslində bizim əsl dostumuz yoxdur, indi tək qalmışıq”.

Bunu Erməni Apostol Kilsəsinin katolikosu I Aram yeni il videomüraciətində qeyd edib.

O, ermənilərin Yeni ili həyəcanlı şəraitdə qeyd etdiyini, onların həyatının ümidsizlik və qeyri-müəyyənliklə dolu olduğunu vurğulayıb.

Katolikos I Aram Ermənistanın yenidən böyük dövlətlərin çəkişmə meydanına çevrildiyini bildirərək, bu sırada qonşu dövlətləri, o cümlədən Azərbaycanı ittiham edib:


“Əslində bizim həqiqi dostlarımız yoxdur, biz təkik, milli strategiyamız yoxdur, milli təhdidlərə birlikdə qarşı çıxmaq üçün vahid cəbhəmiz yoxdur. Biz ancaq bir-birimizi günahlandırırıq, “Artsax” azad edilmiş torpaqların çoxunu itirib və mövcudluq uğrunda mübarizə aparır. Ermənistan da öz fövqəldövlətini, mövcudluğunu itirə bilər.



Və nə etməli, kimə etibar etməli? Cavab aydındır - biz yalnız öz gücümüzə güvənməliyik. Qurtuluşumuzun yeganə yolu budur. Alternativ yoxdur”.



Kataliokos bütün erməniləri birləşməyə çağırıb.


Qeyd edək ki, kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsus rol oynayıb. Erməni kilsəsi tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub.


Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir - Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.

Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir. Bəzi məlumatlara görə, Eçmiədzindəki katolikosla Kilikiyada katalikos arasında ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur.



Bunlardan əlavə, erməni kilsəsinin daha iki muxtar patriarxatı da mövcuddur ki, bunlar İstanbul və Qüdsdə yerləşir.

Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Qeyd edək ki, "erməni dövləti" fikirini ortaya atanlar məhz erməni kilsəsi və erməni ruhanilər olub.

Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırlar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir. Kilsə xadimlərinin səyi nəticəsində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılıb.

Bir çox erməni kilsə xadimləri ermənilərin terror fəaliyyətini qınamaq əvəzinə, ona bəraət qazandırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər