Sizin Reklam Burada

İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıbİranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların yatırılması məsələsi ilə bağlı parçalanıb.

Bu barədə “Report” Müharibələrin Araşdırma İnstitutuna (ISW) istinadən xəbər verir.

Qeyd edilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderlərinin son şərhləri etirazlarla bağlı rejim daxilində və xüsusən də SEPAH daxilində davam edən fikir ayrılıqlarını əks etdirir.

Briqada generalı Həmid Abazari bəzi hərbi liderlərin dəyərlərə, ali liderə və rejimə qarşı çıxdıqlarını deyib və onların iğtişaşlarla necə mübarizə aparacaqlarını müzakirə etdiklərini güman edir.

Abazari həmçinin rəsmiləri etirazları açıq şəkildə pisləmədiklərinə görə tənqid edib. Keçmiş BƏSİC rəisi, briqada generalı, indi elit əks-etiraz bölmələrinin təşkili və təliminə cavabdeh olan Qulam Hüseyn Qeyb Parvar Abazarinin tənqidlərini dəstəkləyib.

İran mediası Abazarini SEPAH komandiri, general-mayor Hüseyn Səlaminin müşaviri adlandırıb. Dekabrın 31-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi Abazarinin sözlərini rədd edən və onun Salaminin müşaviri olduğunu təkzib edən bəyanat yayıb.

Açıqlamada Abazarinin şəxsi fikrini ifadə etdiyi, lakin etibarlı məlumatlardan istifadə etmədiyi bildirilib.

Abazarinin açıqlamaları onu göstərir ki, SEPAH daxilində yüksək rütbəli zabitlər arasında parçalanmalar mövcuddur. Abazari qeyd edib ki, adını çəkdiyi komandirlər 1980-ci illərdə İran-İraq müharibəsində iştirak ediblər və hazırda generaldırlar. Bu nəslin komandirləri hazırda 50-60 yaşlarındadır və silahlı qüvvələrin yuxarı eşelonlarında xidmət etməyə meyllidirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər