Sizin Reklam Burada

Zelenski: Evə gözəl xəbərlərlə qayıdıram

Zelenski: Evə gözəl xəbərlərlə qayıdıramYaxşı, xüsusən də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı xoş xəbərlərlə geri qayıdıram.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ukrayna lideri Zelenski ABŞ Prezidenti Co Baydenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bizim müdafiə imkanlarımızın qarşıdakı aylarda necə gücləndiriləcəyi ilə bağlı dəqiq anlayışımız var. Bu gün bu barədə ətraflı danışmaq istəmirəm, düşünürəm ki, bunun səbəbini başa düşürsünüz. Amma buna görə Prezident Baydenə çox minnətdaram”, - o bildirib.

Ukrayna lideri qeyd edib ki, Vaşinqtonda apardığı danışıqların əsas məqsədi ölkənin müdafiəsinin güclənməsidir:

“Evə gətirəcəyimiz gözəl xəbərimiz var. Prezident Bayden bu gün Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi - “Patriot” kompleksi bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək. Biz gələn ildən nə gözlədiyimiz və nəyə hazırlaşdığımız barədə ətraflı danışdıq. Bu, bütün ukraynalılar üçün vacibdir".

Zelenski vurğulayıb ki, Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər