Sizin Reklam Burada

Zelenski: Rusiya və İran terror dövlətləridir

Zelenski: Rusiya və İran terror dövlətləridirUkrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər.

"Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq. Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək. Ukrayna təslim olmayacaq", - Zelenski söyləyib.

O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: "Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib".

Zelenski bildirib ki, Ukraynaya ayrılan yardımlar demokratiya və təhlükəsizliyə qoyulan investisiyadır.

Sonda Nensi Pelosi Konqresin binasında dalğalanmış ABŞ bayrağını Ukrayna prezidentinə hədiyyə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər