Sizin Reklam Burada

Mişa Gürcüstana müharibə üçün göndərilib... - Mdinaradze

Mişa Gürcüstana müharibə üçün göndərilib... - MdinaradzeGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Gürcüstana göndərilməsi ölkəni müharibəyə cəlb etmək üçün xüsusi əməliyyat idi.

Avrasiya.net xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının parlament fraksiyasının sədri Mamuka Mdinaradze Zelenskinin Mixail Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə etdiyi müraciəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanı müharibəyə cəlb etmək istəyiblər və bununla bağlı konkret faktlar var:

“Bu, sadə bir qiymətləndirmədir. Qeyd etdiyimiz kimi, müharibədə iştirak bu xüsusi əməliyyatın əsas məqsədlərindən biri idi. Biz bunu təsadüfən demirik, faktlar mövcuddur. Biz Ukraynanın bir sıra yüksək rütbəli məmurlarının hazırda Gürcüstan hökumətində müharibə apara biləcək insanların olmadığını, Saakaşvilinin isə bunu edə biləcəyi barədə bəyanat verdiklərini müzakirə edə bilərik. Bəli, onların belə bir gözləntiləri var. Xüsusi əməliyyatın sifarişçiləri Ukrayna prezidentinin belə bu məsələyə münasibət bildirməsini təmin ediblər. Biz bütün bunları bir-biri ilə əlaqədə, sintez olaraq nəzərdən keçirməliyik. Belə şeylər təsadüfən baş vermir. Bu, Gürcüstanı müharibəyə cəlb etmək və uğursuzluğa düçar etmək üçün xüsusi əməliyyat idi", - Mdinaradze vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə müraciət ünvanlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər