Sizin Reklam Burada

Polşada həbs edilən azərbaycanlı sabiq icra başçısı azadlığa ÇIXDI

Polşada həbs edilən azərbaycanlı sabiq icra başçısı azadlığa ÇIXDIBir neçə ay əvvəl Polşada həbs edilən Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevin azadlığa buraxıldığı barədə məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Ukraynada yaşayan azərbaycanlı fəal Əli Quliyev bildirib.

Xatırladaq ki, Elxan Nuriyev uzun illərdir Ukraynada yaşayır.

Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulmuşdu. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilirdi.

E.Nuriyev 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 22 avqust 1993-cü ildə Qubadlı icra başçısı vəzifəsindən azad edilib. Daha sonra Azərbaycandan Ukraynaya köçüb.

Bir neçə il əvvəl E.Nuriyev Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna Rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunmuşdu.

Hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan E. Nuriyev tez-tez youtube sosial şəbəkəsinin Azərbaycan seqmentində yayımlanan bir sıra verilişlərdə hərbi ekspert kimi çıxış edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər