Sizin Reklam Burada

Ruslar "Patriot"ların Ukraynaya gəlişini gözləyir

Ruslar "Patriot"ların Ukraynaya gəlişini gözləyirAmerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya mümkün tədarükü rusiyalı mütəxəssislərə onları döyüş şəraitində yaxından öyrənməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bunu Xorvatiyanın “Advance” qəzetinin köşə yazarı Antun Roça deyib.

"Ukraynada bu zenit-raket kompleksləri peyda olan kimi onların məhv edilməsi Rusiya qüvvələri üçün prioritet məsələyə çevriləcək. Bundan əlavə, onlar haqqında təfərrüatı öyrənməyə çalışacaqlar. Təbii ki, belə bir "araşdırma" amerikalıları heç bir şəkildə qane etmir”, - o bildirib.

Roça xatırladıb ki, Səudiyyə Ərəbistanında ABŞ "Patriot"ları Yəmən Husiləri ilə raket döyüşləri zamanı yaxşı nəticə göstərməyiblər.

Jurnalistin fikrincə, hava hücumundan müdafiə sistemlərinin tədarükü hərbi əməliyyatlarda dönüş yaratmaqdansa, Vaşinqtonun sədaqətini nümayiş etdirməyə üstünlük verəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər