Sizin Reklam Burada

Araik Arutyunyan həbs edildi

Araik Arutyunyan həbs edildiErmənistanın ikinci ordu korpusunun keçmiş komandiri, Baş Qərargahın Kəşfiyyat İdarəsinin sabiq rəhbəri general-mayor Araik Arutyunyan həbs edilib.

Axar.az xəbər verir ki, erməni mediası onun həbsinin detallarını yazıb.

Bildirilir ki, o, 15 dekabrda həbs olunub.

Cinayət işi ilə bağlı dekabrın 14-də məlumat verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib. Daha sonra istintaq orqanı bildirib ki, Ermənistan ordusunun düşmənin hücumunu dayandırmaq imkanından məhrum edilməsinə səbəb olan hərbi hissələrindən birinin komandiri barədə 12 may 2021-ci il tarixdə cinayət işi açılıb.

Arutyunyan xüsusilə aprelin 5-də döyüş növbətçiliyi ilə bağlı verdiyi əmrin yerinə yetirilmədiyini bilərək günahkarların cəzalandırılması və vəziyyəti düzəltmək üçün tədbir görməyib. Göstərilən istiqamətlər onun tabeliyində olan 2-ci Korpusun məsuliyyət zonasında olduğuna görə Arutyunyana qarşı iş başlanıb.

Qeyd edilib ki, bundan sonra o, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə bir neçə ay işləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər