Sizin Reklam Burada

Edama qarşı aksiya keçirən tələbə qızlar oğurlandı

Edama qarşı aksiya keçirən tələbə qızlar oğurlandıİranın Sənəndəc şəhərindəki Qızlar Texniki Kollecinin tələbələri Möhsün Şikarinin edamına etiraz olaraq keçirdikləri aksiyadan sonra qaçırılıb.

Axar.az xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şurası məlumat yayıb. Məlumatda təhlükəsizlik qüvvələrinin həbs qərarı təqdim etmədən kollecin 5 tələbəsini küçədə oğurladığı bildirilir.

“Tələbələrin oğurlanması 10-14 dekabrda baş verib. İlk olaraq kollecin tələbələrindən olan Bita Visi etiraz aksiyasından sonra qaçırılıb. Tina Xodri, Səna Xudamuradi, Rizvan Bazani Qala və Haniyə Çaharduli adlı daha dörd tələbə isə təhlükəsizlik qüvvələri tərəfindən Sənəndəc Qızlar Texnikumunun yataqxanasının giriş qapısı qarşısından aparılıb”.

Tələbə qızları hansı təhlükəsizlik orqanının apardığı, harada və hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər