Rusiyanın neft emalı zavodunda partlayış: ölənlər var
Dərc olunub:
15-12-2022, 11:40
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindəki neft emalı zavounda partlayış baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Partlayışdan sonra başlayan yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.