Ukrayna hücumu: ruslar müdafiəyə hazırlaşır
Dərc olunub:
15-12-2022, 08:56
Rusiya hərbçiləri Luqansk şəhərinin müdafiəsinə hazırlıq görür.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qrupunun sözçüsü Sergey Çerevatıy bildirib.
Məlumata görə, ruslar şəhərin müdafiəsi üçün beton konstruksiyalardan istifadə etməyi planlaşdırır.
Çerevatıy rusların gördüyü hazırlığın Ukrayna ordusunun qarşısını ala bilməyəcəyini, maneəni dəf edəcəklərini söyləyib.
O qeyd edib ki, ölkənin hərbi mühəndisləri Avropanın ən yaxşıları sırasındadır.