Sizin Reklam Burada

"Davamlı yaşam üçün gözəməyə başla" sərgisinə VİP tur təşkil edilib

"Davamlı yaşam üçün gözəməyə başla" sərgisinə VİP tur təşkil edilibBu gün Bakıdakı Daş Salnamə Muzeyində latviyalı tanınmış rəssam Yeva Kruminanın "Davamlı yaşam üçün gözəməyə başla" adlı sərgisinə VİP tur təşkil edilib.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində çıxış edən Latviya Səfirliyinin Müvəqqəti İşlər vəkili xanım Bija Buşa sərgi haqda qısa məlumat verib. Qeyd edib ki, Latviyada olarkən İncəsənət Akademiyasında professor Yeva Krumina ilə görüşüb, söhbətləşib. Hansı ki, o vaxt xanım Krumina Milanda təşkil olunacaq sərgiyə hazırlaşırdı. Təbii ki, İtaliyadan sonra sərgi Azərbaycana gətirilib və insanlarda böyük maraq oyadıb.

Xanım V.Buşa onu da qeyd edib ki, bu gün tamaşa etdiyimiz layihə İncəsənət Akademiyası tələbələrinin ideyasıdır və professor Krumina onu həyata keçirməyə kömək edib.

Layihənin koordinatoru Səbinə Şıxlinskaya çıxışında qeyd edib ki, əgər dünyanı düzəltmək istəyirsənsə, əvəlcə öz corablarını gözəməyə başlamalısan. "Elə layihənin adı da eynidir -"Davamlı yaşam üçün gözəməyə başla". Bu ekoloji layihədir. Hər zaman nənələrimiz geyindikləri corabları köhnələndən sonra atmayıblar, əksinə, yamaq vurub yenidən istifadə ediblər. Bu da ekologiyanın davamlı şəkildə qorunmasına xidmət edib" deyən xanım Şıxlinskaya qeyd edib ki, Latviyada corabın çox böyük mənəvi dəyərləri var. Corablar müasir və qədim etnoqrafiyada ən sadə və ən əvəzolunmaz geyimdir. Onlar eyni zamanda müxtəlif kontekstlərdə etalon kimi də dəyərləndirilir.

"Məsələn, ailəyə bağlı olsun deyə yeni doğulan uşağa, getdiyi yerdə ayağını isti saxlaması üçün hərbi xidmətə yola salınan əsgərə corab verilir. Hətta xəstələnən adamlara corab bağışlayırlar ki, özünü gümrah hiss eləsin və tez sağalsın. Ümumiyyətlə, corablar hər bir kəsin həyatında ilk geyimlərdən biridir, həyatın ən xoşbəxt və ən çətin anlarında yol yoldaşıdılar və hətta son yolçuluqda belə" deyən xanım Şıxlinskaya qeyd edib ki, latviyada yalnız nişanlı olanlara ayrılıq mənası daşıdığı üçün corab verilmir.

Latviya xalqının folkloruna çevrilmiş corablardan söz açan Şıxlinskaya qeyd edib ki, corabın həyat dövrü və xarekteri ardıcıl mərhələlərdə təsvir olunur - toxunuşu, geyilməsi, köhnəlməşi və yamanması. Qızıl sap corabın ona sərf olunan resurslar, vaxt, bacarıqlar, iqtisadi və emosional baxımdan nə dərəcədə dəyərli olduğunun göstərilməsinə aid məcazi bir mesajdır. Buna görə də corabı gözəməyə dəyər.

Corablar Latviyanın Milli Tarix Muzeyində saxlanılan orijinallardan hazırlanmış nüsxələrdir, onların tarixi XVIII əsrin ikinci yarısına aid edilir və Latviyanın müxtəlif bölgələrindən toplanıb.

S.Şıxlinskaya qeyd edib ki, corabın manjet hissəsi həndəsi naxışlarla təbii boyalı yun iplə toxunur. "Muzeyin kolleksiyasında iki eyni coraba rast gəlmək mümkün deyil, hər bir corabın özünəməxsus manjeti və fərqli kodları var. Corablara yamaq vurmaqla siz eyni zamanda dünyanı düzəltmiş olursunuz. Bunu hər birimiz edə bilərik! İstehlakı azaltmağa başlayın, öz əşyalarınızı təmir edin və ekologiyaya nə dərəcədə xeyir verdiyinizin şahidi olun!", - deyib S.Şıxlinskaya.

S.Şıxlinskaya, Y.Kruminanın müəllifi olduğu və tədbirdə nümayiş olunan kitab barədə də söz açıb. Qeyd edib ki, kitab başdan-başa Rumi fəlsəfəsi üzərində tərtib olunub. Hansı ki, tanınmış fotoqraf Reza Diqqəti də məhz Rumi fəlsəfəsinin aşiqi və tədqiqatçısıdır. Yüksək zövqlə nəşr olunan kitabda bir-birini tamamlayan çoxsaylı illüstrasiyalar toplanılıb.

Bu arada qeyd edək ki, gələn il Latviya-Azərbaycan əlaqələri çərçivəsində Y.Kruminanın Rumi fəlsəfəsinə əsaslanan sərgisi fotoqraf Reza Diqqətinin də iştirakı ilə təşkil olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər