İranda öldürülənlərin sayı 490-a çatdı
Dərc olunub:
13-12-2022, 10:55
İranda davam edən etiraz aksiyalarında 68-i uşaq olmaqla 490 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 626-sı tələbə olmaqla, 18262 nəfərin saxlanıldığı deyilir.
Etirazçılar ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 143 universitetin tələbələri nümayişləri dəstəkləyib.
Son xəbərlər
