Rus sülhməramlılar separatçıların istəyini rədd etdi

Rus sülhməramlılar separatçıların istəyini rədd etdiLaçın dəhlizində azərbaycanlı ekofəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər. Lakin Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu, həm də azərbaycanlıların tələbidir.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Aksiya iştirakçıları ilə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və Xankəndidə olan separatçılar (özlərini “deputat” adlandırırlar – red.) danışmaq istəyiblər. Onların istəyi rədd edilib və ümumiyyətlə aksiya istiqamətinə getməyə icazə verilməyib”, - məlumatda deyilib.

Rus sülhməramlıları isə aksiyanı zorla dayandırmayacaqlarını deyiblər. “Yuxarıdan” göstəriş aldıqdan sonra nə edəcəyimizi biləcəyik”, - onlar qeyd ediblər.

Xatırladaq ki, ötən gün Xankəndidə özlərini “deputat” adlandıran bir qrup terrorçu aksiya keçirilən əraziyə gəlməyə cəhd etsə də, sülhməramlılar onları buraxmamışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər