İrəvanda istefa dalğası: bir gündə 3-cü məmur getdi
Dərc olunub:
13-12-2022, 00:16
Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
“Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Janna Andreasyan Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini vəzifəsindən azad edilsin”, - qərarda bildirilib.
Qeyd edək ki, daha öncə təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan və baş nazirin müavini Ambarsum Matevosyan da işdən çıxarılıb.
Son xəbərlər
