Sizin Reklam Burada

İranda 4 qıza həbsxanada ağır işgəncələr verilir

İranda 4 qıza həbsxanada ağır işgəncələr verilirİranda Qaşqay türkü olan 4 qız noyabrın 15-dən həbs edilib və onlardan heç bir xəbər-ətər yoxdur.

Avrasiya.net “Azad İran"a istinadən xəbər verir ki, onlar Şiraz həbsxanasında saxlanılırlar.

Xəbərə görə, Kəşkuli qəbiləsindən olan Fatimə Səfəri Rad (16 yaşlı) bacısı Qəzəl Səfəri Rad, onların əmisi və bibisi qızları Sara Səfəri Rad və Zəhra Ətayi (20 yaşlı) noyabrın 15-də İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq, Şirazdakı Adilabad həbsxanasına köçürülüblər.

Qaşqaylı qızlar barədə əldə edilən yeganə xəbər odur ki, SEPAH zabitləri Saradan məcburi etiraf alaraq Şirazın əyalət telekanalında yayımlayıblar. Qızlar "əlbir olaraq ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq"da ittiham olunurlar. Onların ağır işgəncələr altında dindirildiyi bildirilir.

Etirazçı qızlar ailələri ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum ediliblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər