Bursada silahlı hücum olub, ölənlər var
Dərc olunub:
10-12-2022, 07:18
Türkiyənin Bursa şəhərində silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, olay şəhərin Osmanqazi rayonundakı Beynəlxalq Tekstil Ticarət Mərkəzinin yaxınlığındakı bağçada baş verib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs qonşu Yalova şəhərində yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.