Sizin Reklam Burada

Molla rejimi etirazçı qadınları intim yerlərindən güllələyir

Molla rejimi etirazçı qadınları intim yerlərindən güllələyirİran rejiminin təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayişlərin yatırılması zamanı etirazçı qadınların üz, sinə və cinsiyyət orqanlarını hədəf alır.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti yazıb.

Qəzet İranın bir neçə xəstəxanasının tibb işçilərinə istinadən qeyd edib ki, adətən ayaqlarından, ombalarından və kürəklərindən güllə yarası alan etirazçı kişilərdən fərqli olaraq, qadın etirazçıların yaraları onların həyatına ömürlük ciddi ziyan verəcək intim hissələrdədir.

“Cinsi orqanından iki güllə yarası alan iyirmi yaşlı qadını müalicə etdim. Vaginal infeksiyanın ciddi riski var idi”, - həkimlərdən biri deyib.

Həkimlərin təqdim etdiyi görüntülərdə təhlükəsizlik qüvvələrinin yaxın məsafədən açdığı atəşin etirazçıların bədənlərində ağır yaralara səbəb olduğu görünür.

Hesabatda, həmçinin, kişilərin, qadınların və uşaqların gözlərindən güllələnmə hallarının da çox olduğu bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər