Sizin Reklam Burada

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənib

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənibİtaliya hakimiyyəti İranda aksiyada iştirak edən şəxsin edam edilməsi ilə bağlı xəbərlərdən hiddətləndiyini bildirib.

“Report”un məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Corca Meloninin bəyanatında deyilir.

“İtaliya hökuməti İranda azadlıq nümayişlərinə qoşulan gənc Möhsün Şekari barəsində çıxarılan ölüm hökmündən qəzəblənib. İran hakimiyyətinin bu qəbuledilməz repressiyası iranlı qadın və gənclərin həyat və azadlıq tələblərini dayandıra bilmədiyi kimi beynəlxalq ictimaiyyəti də biganə qoya bilməz”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər