Sizin Reklam Burada

Flora Kərimova qazini müdafiə etdi: “Ukrayna utanmalı idi”

Flora Kərimova qazini müdafiə etdi: “Ukrayna utanmalı idi”Xalq artisti Flora Kərimova Ukraynada həbs olunan Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının 8 il azadlıqdan məhrum olunmasına sərt reaksiya bildirib.

Avrasiya.net xəbər verir ki, Xalq artisti Flora Kərimova "Instagram" səhifəsində Misir Qasımlıya 8 il iş kəsən hakimə və Ukrayna hökumətinə etirazını bildirib:

“Misir Qasımlıya 8 il iş kəsildi. Məmləkətində müharibə gedən Ukrayna imkan verməməli idi ki, 44 günlük qalibiyyətimizin heyfini diz üstdə qoyduğumuz düşmənimiz bir qazimizdən çıxısın. Azərbaycan dövləti, Azərbaycan xalqı ən çətin vaxtında, siyasi riskə gedib onlara hər cəhddə dayaq oldu. Ukraynalı hakim, Ukrayna ədaləti bu qərarı qəbul edəndə heç olmasa Ukrayna torpağı uğrunda canını qurban verən azərbaycanlı şəhidlərimizin ruhundan və azərbaycanlı adını daşıyan Misirdən utanmalı idi. Bu qərar Ukrayna ədalətinin özünün vicdanına vurduğu xəncərdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər