İranda edamlar başladı - Cəzalandırılan nümayişçilərdən biri edam edildi

İranda edamlar başladı - Cəzalandırılan nümayişçilərdən biri edam edildiİranda nümayişlərə görə ilk ölüm hökmü icra edilib.

İran mətbuatı xəbər verir ki, edam edilən nümayişçi Muhsin Şikari noyabrın 20-də Tehranda keçirilən etirazlarda iştirak etdiyinə görə, İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

Xəbərdə bildirilir ki, edam olunan şəxs noyabrın 20-də “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, milis (Besiç) qüvvələri ilə döyüşmək, mühafizəçini yaralamaq, dövlətə qarşı müharibə aparmaq” ittihamları ilə edam edilib.

Qeyd olunur ki, Muhsin Şikari İranda Məhsa Əmini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.

Məlumat üçün qeyd edək ki, ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. İnqilab Məhkəmələri tərəfindən çıxarılan ölüm hökmləri Ali Məhkəmənin qərarı əsasında icra olunur. Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei dekabrın 6-da bildirib ki, edam cəzasına məhkum edilmiş şəxslərin bəzilərinin hökmləri təsdiqlənib və onların tezliklə icrasına başlanacaq.

İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.

“AzPolitika.info”