SEPAH generalı Azərbaycanla sərhəddəki təlimdən danışdı

SEPAH generalı Azərbaycanla sərhəddəki təlimdən danışdıİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandan müavini, briqada generalı Əli Fədavi bugünkü çıxışında bir müddət öncə ölkənin şimal sərhədlərində - Azərbaycanla qonşuluqda keçirilən hərbi təlimlərdən danışıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Əli Fədavi bildirib ki, İran prinsipial siyasət yürüdür və region üzrə coğrafi sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir:

“Regionun coğrafiyasında dəyişiklik İran üçün mühüm məsələdir və biz bununla razı deyilik”.

İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərilə bağlı suala cavab olaraq general deyib: “Bütün müsəlmanlar bir ailə kimidirlər, biz həmişə demişik ki, ailə daxilində davalar olur, amma ailədaxili çəkişmələrlə ailədən kənar mübahisələr arasında böyük fərq var. Amerika, sionistlər və onların şər yoldaşları İslam dünyasından kənardadırlar və təbii ki, bizim davranışımız əvvəlki kimi olmayacaq”.