Sizin Reklam Burada

Rəisi interneti bağlatdırdı

Rəisi interneti bağlatdırdıBu gün düşmənlər tərəfindən təhlükəsizliyimizə olan təhdidlərinin qarşısını almaq üçün internetə məhdudiyyət qoyulub.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Tehran Universitetindəki çıxışında deyib.

“Əgər kimlərsə gəlib internet məkanında düşmən kimi fəaliyyət göstərib, ölkəni məhv etmək istəyirsə, ona icazə verməliyikmi deyirsiniz?”

Rəisinin bu sözləri hökumətin “milli internet” yaratmaq planı ilə bağlı fərziyyələri gücləndirib. O, nazirə və müvafiq məsul şəxslərə yerli internet platformalarının yaradılması və fəaliyyəti ilə bağlı göstəriş verdiyini bildirib.

Xatırladaq ki, İran hökumətinin yerli platformalar yaradaraq, İranda azad interneti kəsmək istəməsi bir neçə il öncəki planlarındandır. İranda yerli "Gap" adlı messencerin yaradıcı komandası bildirir ki, onlar “Virasti” adında yeni bir şəbəkə yaradaraq istifadəyə veriblər. Deyilənə görə, bu, ilk baxışdan dizayn və istifadə qaydalarına görə Tvitterə oxşayır. Hətta loqosu da Tvitterın loqosuna bənzəyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər