Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dərc olunub:
6-12-2022, 14:20
Azərbaycanlı Ziya Nadırov Ukrayna müharibəsində həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı onun anası Gülnarə Əlibəyova yayıb və oğlunun fotosunu paylaşıb.
O, Ziya Nadırovun dekabrın 4-də dünyasını dəyişdiyini qeyd edib.
“Bu mənim oğlum Nadirov Ziyadır. O, iki gün əvvəl Ukrayna torpağını müdafiə edərkən həlak olub. İki oğlu qaldı. 41 yaşına qədər düz bir ay yaşamadı”, deyə Gülnarə Əlibəyova yazıb.