Sizin Reklam Burada

İran ASALA-nı Paşinyana qarşı qaldırır - ŞOK İDDİA

İran ASALA-nı Paşinyana qarşı qaldırır - ŞOK İDDİAErmənilərdən ibarət ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində ASALA ilə İranın gizli işbirliyini ifşa edib.

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

“Qubadlının azad edilməsindən (1993-cü il avqustun 31-də Qubadlının işğalını nəzərdə tutur - red.) əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacam”, - Jamkoçyan söyləyib.

O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər:

“Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu”.

Göründüyü kimi, özünü İslam ölkəsi kimi qələmə verən İranın erməni terrorçularla eyni sırada yer alması Azərbaycana qarşı düşmənçilik niyyətindən irəli gəlir və məkirli siyasət bu gün də davam etməkdədir.

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İranın erməni terrorçularına dəstək verməsi təəccüb doğurmamalıdır, mahiyyət etibarı ilə hər iki tərəf eyni maraqlara xidmət edir:

“Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın terror təşkilatlarının hazırlamasında İranın təlimatçıları iştirak edirdi. SEPAH və Əl-Qüdsinin mütəxəssisləri onları hazırlayırdılar. İranın terror təcrübəsi kifayət qədər genişdir. Bu ölkə terror üzrə ixtisaslaşmış dövlətlər üzrə birinci yerdə gəlir. Jamkoçyan əslində Azərbaycana mesaj verir ki, İran terrorla bağlı hansısa addım ata bilər. ASALA terror təşkilatının Hizbullahla, İranın xüsusi dövlət orqanları ilə əlaqələrinin olması çoxdan məlum idi. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik və İranın terrorçu dövlət olduğunu diqqətə çatdırmışıq. Yaxşı ki, bunu terrorçunun özü də etiraf edir. Biz deyəndə bunun üstündən keçirlər, ancaq terrorçunun etirafını inkar edə bilməyəcəklər”.

Politoloqun fikrincə, İran öz çirkin məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə edir:

“Onların Suriyada birgə təlimləri olub. PKK-nın Suriya qolu olan PYD uzun müddət İran ərazisində gizlənib. İranın molla rejimi kürdləri aldadıb onlardan istifadə etdi. İndi də erməniləri işə salıb. Burada mən Rusiyanın dəsti-xəttini görürəm. Çünki daha Rusiyanın vuran əli Ermənistan deyil, İrandır. Yəni Rusiya İran vasitəsilə ermənilərdən istifadə etmək istəyir. Bu da İrana sərf edir. Buna görə də, İran Tehran və Xuzistanda olan erməni milyonerlərdən istifadə etməyə çalışır. Ortada Fransanın da xətti-dəsti mövcuddur”.

C.Nuriyev iddia edir ki, Rusiya, İran və Fransa üçlüyü Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün birləşib. O fikirlərini belə əsaslandırıb:

“Onlar Paşinyanın əvəzinə Ruben Vardanyanı hakimiyyətə gətirmək istəyirlər. Bunun üçün Azərbaycanı provakasiyaya çəkmək, Vardanyanın əli ilə hansısa ərazini məsələn, Hadrutu ələ keçirmək istəyirlər. Bununla da onun Ermənistanda nüfuz qazanmasına, nəhayət, hakimiyyətə gətirilməsinə çalışırlar. Mənim fikrimcə, proseslər buna doğru gedir. Əsas məsələ Paşinyanı devirib, onun yerinə əlaltılarını gətirməkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər