İranda hicab könüllü olacaq?

İranda hicab könüllü olacaq?Hicabın istəyə bağlı olub-olmaması ilə bağlı məsələ gündəmə gəlib.

Axar.az xəbər verir ki, İranın baş prokroru Məhəmməd Cəfər Müntəzirinin sözlərinə görə, Parlament və İslam İnqilabı Ali Şurası hicab məsələsi üzərində işləyir və bunun nəticəsi yaxın 15 gün ərzində bəlli olacaq.

Baş prokuror dekabrın 1-də Qumdakı çıxışında hicabla bağlı qərarların verilməsinin plan əsasında baş tutmalı olduğunu vurğulayıb.

Həmçinin o, ədliyyə sisteminin “sosial təhlükəsizlik polisi”ni bağlamaq fikrində olmadığını, lakin son hadisələrdən sonra təhlükəsizlik və mədəniyyət sistemləri probleminin ehtiyatlı həllini axtardıqlarını bildirib.

Qeyd edək ki, hakerlər tərəfindən “Fars” xəbər agentliyindən sızdırılmış məlumatlarda Daxili İşlər Nazirliyinin sorğusuna əsasən, insanların 51%-nin hicabın istəyə bağlı olması lazım olduğuna inandığı ortaya çıxıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər