Sizin Reklam Burada

PKK-nın “kəşfiyyat rəhbəri” MƏHV EDİLDİ

PKK-nın “kəşfiyyat rəhbəri” MƏHV EDİLDİTürkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Avrasiya.net “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Sincar bölgəsində baş tutub.

Bildirilib ki, əməliyyat nəticəsində PKK terror təşkilatını idarə edən şəxslərdən biri olan qruplaşmanın “kəşfiyyat rəhbəri” Fatma Onur məhv edilib.

“Kinda Maraş” kod adını daşıyan terrorçunun 1990-cı illərdə qruplaşmaya İngiltərədən qatıldığı və uzun müddət müxtəlif təlimlərdə iştirak edərək terror təşkilatının üst kadr heyətinə daxil olduğu qeyd edilib.

Məlumata görə, terrorçu daha çox İraqın Süleymaniyyə bölgəsində, həmçinin İraqın şimalında fəaliyyət göstərib. MİT F.Onuru məhv etmək üçün onun Kandildən Sincara qədər hərəkətini izləyib və uğurlu əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər