Sizin Reklam Burada

Zelenski: “Rusiya bu il 100 min əsgər itirəcək”

Zelenski: “Rusiya bu il 100 min əsgər itirəcək”“Rusiya bu il 100 min əsgər itirəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, cəbhədə vəziyyət çətin olaraq qalır, lakin Ukrayna qoşunları müdafiə xəttini saxlayır.

Prezidentin sözlərinə görə, son dərəcə ağır itkilərə baxmayaraq, Rusiya işğalçıları hələ də Donbasda irəliləməyə, Luqansk vilayətində möhkəmlənməyə, Xarkov vilayətində hücuma keçməyə çalışırlar və cənubda hərəkət etmək planları var.

"Amma biz müdafiəni saxlayırıq və ən əsası düşmənə öz niyyətlərini həyata keçirməyə imkan vermirik. Onlar yazda, yayda və payızda Donetsk vilayətini ələ keçirəcəklərini deyirdilər. Artıq bu həftə qış başlayır. Onlar ora nizami ordunu göndəriblər, hər gün yüzlərlə səfərbər olunmuş əsgər və muzdlu hərbçi itirirlər", - Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, bu il Rusiya hətta “nə qədər də muzdlu hərbçi itirəcək, onu təkcə Allah bilir”.

"Ancaq Ukrayna davam gətirəcək. Dünya hər şeyi edəcək ki, bu cinayətkar müharibədə günahkar olan hər kəs müttəhimlər kürsüsünə əyləşsin”, - Zelenski fikirlərini yekunlaşdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər